9 iyun 2013 13:12
Qarabağın futbolçuları DÇ-nin bir addımlığında
Futbol üzrə Albaniya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, albanlar Norveçlə qarşılaşıblar.
Oyun heç-heçə başa çatıb. Tərəflər hərəyə bir dəfə fərqləniblər – 1:1.
Bu görüşdə Premyer Liqamızda çıxış edən iki futbolçu da iştirak edib. “Qarabağ”ın müdafiəçiləri Admir Teli ilə Ansi Aqolli 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Albaniya yığması hazırda E qrupunda ikinci pillədə qərarlaşıb və Braziliyada keçiriləcək dünya çempionatına getmək üçün çox yaxşı şanslara malikdilər.
