9 iyun 2013 13:33
Yunis Hüseynov: Berti Foqts yığmada heç nəyi dəyişməyib
“Karvan” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirdiyi oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandada hansısa dəyişiklik olduğunu kimsə gördü? Şəxsən mən meydanda elə beş il əvvəlki komandanı gördüm. Başqa cür desək, Berti Foqts bu komandada heç nəyi dəyişməyib. Lüksemburqa qarşı yalnız ilk hissədə nəsə nümayiş etdirə bildik. İstərdim ki, bundan sonra heç kim bizim Lüksemburqu məğlub etməyə borclu olduğumuzu deməsin. Azərbaycan yığması nə vaxtsa güclü komanda idi. Amma indi yox. İndi biz Lüksemburqla eyni gücə malik komandayıq. Son oyun da göstərdi ki, yığmamız lüksemburqlulardan heç nə ilə fərqlənmir”.