9 iyun 2013 14:36
Xəzər Lənkəran iki hücumçu almağa hazırlaşır
Yay fasiləsi zamanı istirahətə çəkilən “Xəzər Lənkəran” heyətini avropalı ulduzla gücləndirmək niyyətindədi. Azerisport.az xəbər verir ki, bölgə klubu Avropa ölkələrinin birində oynayan və son mövsümü çempionatın bombardiri olan hücumçu almağa hazırlaşır.
Lakin bu futbolçu cənub klubuna tək gəlməyəcək. Belə ki, iki eyni səviyyəli hücumçu “Xəzər Lənkəran”ın maraq dairəsinə düşüb. Ən maraqlısı odur ki, digər ölkənin çempionatında çıxış edən ikinci futbolçu da mövsümü bormbardir kimi başa vurub. Hər iki futbolçu ilə bağlı son sözü baş məşqçi Con Toşak deyəcək. Ən son məlumata görə isə, bu iki hücumçudan biri ilə artıq şifahi razılaşma da əldə olunub. Transfer xərclərini ödəməyə hazır olan Mənsimov da hazırda uelsli çalışdırıcının verəcəyi son qərarı gözləyir. Toşakın hər iki hücumçunu komandaya gətirəcəyi və ya seçim edəcəyi bu yaxın günlərdə bəlli olacaq. (12-ci oyunçu)
