9 iyun 2013 15:39

“Sumqayıta keçməklə sabiq klubuma qarşı düzgün hərəkət etmədim”

“Sumqayıt”ın yeni transferi Vüqar Əsgərovun azerisport.az saytına müsahibəsi
 
- “Sumqayıt”a keçidiniz haqda nə deyə bilərsiz?
- Azərbaycan çempionatında oynamağı çox istəyirdim. Mənə zəng etdilər və belə variant olduğunu bildirdilər. Nəticədə keçmiş klubumu tərk edib bura gəlməyə qərar verdim.
 
- Təklif üzərində çox düşündünüz?
- Heç çox düşünmədim. Çünki Sumqayıt mənim üçün doğma şəhərdi, özüm də burda anadan olmuşam. Tarixi vətənimə dönmüş oldum. Burda yaşayan anamla da məsləhətləşdim. O da bildirdi ki, heç nə düşünmə, qayıt!
 
- “Sumqayıt” heç də iddialılar sırasında deyil...
- Bu, məni qətiyyən narahat etmir. Fikrimcə, bu klubun gələcəyi qarşıdadı. Allah eləsin ki, “Sumqayıt”la avrokuboklara düşüm. “Metallurg”dan getməklə Avropa Liqasında oynamaq şansını əldən verdim. Amma bu addımıma görə təəssüflənmirəm. Hər şey yaxşılığa doğru olur.
 
- “Sumqayıt” haqda nə bilirsiz?
- Demək olar ki, heç nə. Bu barədə ətraflı məlumatım yoxdu. Sadəcə onu bilirəm ki, klubun bazası, stadionu var.
 
- “Sumqayıt”dakı çıxışınızla yığmaya dönə biləcəyinizə ümidiniz var?
- Yığma komandaya düşmək haqda hər zaman düşünmək lazımdı. Mən “Metallurg”da da bu barədə düşünürdüm. Əsas kluba kömək etməkdi. Eyni zamanda burdakı yaxşı çıxışınla yığmanın da qapıları üzünə açılmış olur.
 
- Bu qərarınızı “Metallurg”da necə qarşıladılar?
- Düzünü deyim ki, Liepaya klubuna qarşı o qədər də yaxşı hərəkət etmədim. Xahiş etdim ki, müqaviləni ləğv etsinlər. Bunun ailə vəziyyətimlə bağlı olduğunu bildirdim. Amma əslində Azərbaycana yeni kluba keçmək üçün gəldim. Buna görə mən keçmiş klubum qarşısında üzr istəyirəm. Bu klubda mənim bu səviyyəyə çatmağımda əməyi olan hər kəsə təşəkkür edirəm. Tezliklə “Metallurg” rəhbərliyi ilə yenə görüşəcəm və buna görə bir daha üzr istəyəcəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.