10 iyun 2013 17:53
İnter Rusiya klubu ilə üz-üzə gələcək
Hazırda Türkiyədə təlim-məşq toplanışında olan “İnter”in daha bir sınaqçı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, “bankirlər” Rusiyanın “Krasnodar” klubu ilə üz-üzə gələcək.
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbayca klubu ilə qarşılaşma iyunun 22-də keçiriləcək.
