10 iyun 2013 18:28
Qəbələ Trabzonsporla sınaq matçı keçirəcək
“Qəbələ” Türkiyə toplanışı zamanı qarşılaşacağı ilk rəqibini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, bölgə klubu Türkiyənin “Trabzonspor” komandası ilə qarşılaşacaq.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, “Qəbələ” bu ölkənin “Antalyaspor” klubu ilə də qarşılaşa bilər.
Qeyd edək ki, “Qəbələ” qardaş ölkəyə iyunun 25-də yola düşəcək. Komandanın yeni baş məşqçisi Yuri Syominin isə Azərbaycana ayın 23-24-də gəlməsi gözlənilir.
