10 iyun 2013 18:39
Neftçinin baş məşqçisi istefaya göndərildi
“Neftçi”nin əvəzedici komandasının son iki mövsümdə baş məşqçisi olmuş Elşad Əhmədovun klubla müqaviləsinin müddəti başa çatıb. Azerisport.az xəbər verir ki, mütəxəssislə müqavilənin müddəti uzadılmayıb.
Məlumatı klubun rəsmi saytı yayıb. “Neftçi” Elşad Əhmədova klubda göstərdiyi xidmətlərinə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Komandanın yeni baş məşqçisinin kim olacağı yaxın günlərdə bəlli olacaq.
