10 iyun 2013 18:44
Rəvandan 4-cü transfer (FOTO)
"Rəvan” heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, hələlik yerli bazara üstünlük verən paytaxt klubu artıq 4-cü transferini rəsmiləşdirib.
Daha öncə Elvin Həsənəliyev, Fuad Əhmədov və Ceyhun Cavadovla anlaşan "Rəvan” bu dəfə Bəxtiyar Soltanovla rəsmi müqavilə bağlayıb. Son mövsümü icarə əsasında "Kəpəz” və "Simurq”da keçirən Bəxtiyarla iki illik müqavilə imzalanıb. O, yeni komandasıda "27” nömrəli futbolkanı geyəcək.
