11 iyun 2013 00:33
Macarıstan millisinin üzvü Azərbaycan klubuna gəlir (FOTO)
Braziliya əsilli macar yarımmüdafiəçi Leandro karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.
Amma onun konkret hansı klubumuzdan dəvət aldığı barədə məlumat verilmir. Sadəcə o bəllidi ki, klublarımızdan biri ona 300 min avroluq təklif ünvanlayıb və futbolçu bunu müsbət dəyərləndirməyə yaxındı.
Qeyd edək ki, tam adı Leandro Markolini Pedrozo de Almeyda olan orta sahə oyunçusu 1982-ci ildə anadan olub. O, karyerası ərzində Macarırstanın MTK, “Büki”, “Haladas”, “Ferencvaros” klublarında çıxış edib. 2005-ci ildə doğma vətəninə qayıdan Leandro icarə əsasında “Atletico Paranaense” klubunun şərəfini qoruyub. 2006-cı ildə “Debrecen” klubuna keçən futbolçu 3 mövsümdə bu komandanın uğurları üçün çalışıb. 2010-cu ildən isə o, Kiprin “Omonia” klubunda çıxış edir. Burda keçirdiyi 89 oyunda 12 qol vuran yarımmüdafiəçi Macarıstan yığmasında 10 oyun keçirib.
