10 iyun 2013 12:32
“Bakıdakı oyunu heç vaxt unutmayacağam”
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə səfərdə heç-heçə edən (1:1) Lüksemburq yığmasının hücumçusu Stefano Bensi Bakıdakı görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, komandasının bərabərlik qolunun müəllifi bunları söyləyib:
“Bu oyun bizim üçün çox vacib idi. Çünki Bakıdan xalsız qayıtmaq istəmirdik. Nəticədə biz bir xal qazana bildik. Əgər sonda ələ düşən şansı da yaxşı dəyərləndirsəydik, indi səfər qələbəsindən danışardıq”.
“Bu oyun bizim üçün çox vacib idi. Çünki Bakıdan xalsız qayıtmaq istəmirdik. Nəticədə biz bir xal qazana bildik. Əgər sonda ələ düşən şansı da yaxşı dəyərləndirsəydik, indi səfər qələbəsindən danışardıq”.
Bensinin sözlərinə görə, Bakıda onları ən çox narahat edən məqam isti hava şəraiti olub: “Bakıdakı hava şəraiti heç də bizim alışdığımız kimi deyildi. Orda həddən artıq isti vardı. Amma yaxşı ki, oyun axşam saatlarında keçirildi və rahat nəfəs ala bildik”.
Hücumçu matçın ilk hissəsində bəxtlərinin gətirdiyini də etiraf edib: “Azərbaycan birinci hissədə qapımız qarşısında xeyli qol vəziyyətləri yaratdı. Amma onlardan yararlana bilmədilər. Biz isə ikinci hissədə fəallaşdıq. Mənə elə gəlir ki, meydan sahibləri hadisələrin bu cür cərəyan edəcəyini qətiyyən gözləmirdilər”.
Vurduğu qoldan da danışan Bensi bunları söyləyib: “Mən qapının uzaq küncünün açıq olduğunu görüb zərbə endirməyə qərar verdim. Mənə demək olar ki, heç kim mane olmurdu. Nəticədə şansımı yoxladım. Yaxşı ki, alındı. Mən bu epizodu, ümumiyyətlə Bakıdakı oyunu heç vaxt unutmayacağam”.
