11 iyun 2013 00:41
Bundesliqanın ən yaxşıları müəyyənləşdi
Futbol üzrə Almaniya Bundesliqasında 2012/13 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Bayern” klubunun futbolçusu Frank Riberi ən yaxşı olub.
“Kicker” dərgisinin keçirdiyi ənənəvi sorğuda 228 futbolçu iştirak edib. Riberi səslərin 29.3 faizini toplayıb. Onu 17.3 faizlə Dortmund “Borussia”sından Robert Levandovki izləyib. Üçüncü pillədəki Bastian Şvaynştayger (Bavariya) 12.4, dördüncü yerdəki Mario Götze (Borussiya Dortmund) 11.6 faiz səs toplayıb.
Mövsümün ən yaxşı qapıçısı “Bayern”dən Manuel Noyer olub. Qolkiepr – 23.2 faiz, “Borussia”nın qapıçısı Roman Veydenfeller iştirakçıların 20.6, “Hamburger”un formasını geyinən Rene Adler 19.7 faiziinin səsini alıb.
Ən yaxşı baş məşqçi isə nə “Bayern”, nə də “Borussia”nın çalışdırıcısıdı. Bu adı 48.7 faiz səs toplayan “Freiburg”un baş məşqçisi Kristian Streyx layiq görülüb. Onu bu mövsüm Bundesliqanın, Almaniya Kubokunun və Çeampionlar Liqasının qalibi olan “Bayern” klubununçalışdırıcısı Yupp Haynkes izləyib – 23.7. “Eintacht”ın baş məşqçisi Armin Veh isə 16.1 faiz səs toplayıb.
Mövsümün ən yaxşı hakimi Knut Kirçer (27.1 faiz), uğursuz məşqçisi “Wolfsburg”un çalışdırıcısı Feliks Maqat (31.8) seçilib.
