10 iyun 2013 12:54
Bəxtiyar Soltanov özünə yeni klub tapdı
Son mövsümü icarə əsasında “Simurq”da keçirən Bəxtiyar Soltanov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, müqavilə ilə “Qarabağ”a məxsus olan futbolçu futbolçu növbəti mövsümdə “Rəvan”ın şərəfini qoruyacaq.
Tərəflər artıq bu keçidlə bağlı razılığa gəliblər. Bu gün Soltanov yeni klubu ilə iki illik müqavilə imzalayacaq.
