10 iyun 2013 13:15
İnter Gürcüstan millisinin daha bir oyunçusunu heyətinə qatır
“İnter” daha bir gürcüstanlı futbolçu transfer etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu, Gürcüstan yığmasının da şərəfini qoruyan müdafiəçi David Kvirkveliyadı.
“Bankirlər” bu sol cinah müdafiəçisini artıq yola salınmış digər gürcü oyunçu İliya Kandelakiyə əvəzləyici kimi transfer etmək istəyirlər. Hələlik danışıqların necə nəticələnəcəyi məlum deyil.
Qeyd edək ki, 33 yaşlı Kvirkveliyanın son klubu “Dila” olub. O, karyerası ərzində “Kolkheti”, “Dinamo” (Tiflis), “Alania”, “Metallurg (Zaporojye), “Rubin”, “Anji”, “Panionios”, “Anorthosis” kimi klublarda da top qovub. Gürcüstan yığmasında 37 oyun keçirib.
Maraq üçün bildirək ki, “İnter” Gürcüstan yığmasında çıxış edən Aleksandr İaşvilinin də transferini həll edib.
