10 iyun 2013 13:39
Saşa Yunisoğlu Sumqayıtla müqavilə bağlamağa hazırlaşır
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlu yeni klub axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, son mövsümü AZAL-da keçirən futbolçu mövsüm başa çatan kimi komandadan uzaqlaşdırılmışdı.
Hazırda onun karyerasını davam etdirmək baxımından ən real variantı “Sumqayıt”dı. Artıq tərəflər bununla bağlı ilkin razılığa gəliblər. Amma müqavilə imzalanmayıb. Əgər danışıqlarda hansısa problem yaranmasa, Saşa “Sumqayıt”la bir illik müqavilə bağlayacaq.
