10 iyun 2013 14:14
İnterin Türkiyədəki ilk rəqibi bəlli oldu
“İnter”in Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışı artıq yekunlaşmaq üzrədi. Azerisport.az xəbər verir ki, bu gün "İnter" yoxlama görüşünə çıxacaq.
Bu oyunda “bankirlər” Türkiyənin "Kartalspor" klubuyla üz-üzə gələcək.
Qeyd edək ki, “Kartalspor” ötən mövsüm Türkiyənin 1-ci dəstəsində mübarizə aparsa da, 16-cı pilləni tutaraq 2-ci liqaya yuvarlanıb. Ancaq İstanbul klubu yenidən 1-ci dəstədə mübarizə aparmaq üçün Türkiyə Futbol Federasiyasına müraciət edib.
Əlavə edək ki, "İnter" - "Kartalspor" matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
