10 iyun 2013 23:00
İnter Türkiyə klubuna 13 cavabsız qol vurdu (YENİLƏNİB)
Türkiyədə təlim-məşq toplanışında olan “İnter” bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində ilk yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “bankirlər”in rəqibi Türkiyənin "Kartalspor" klubu olub.
Qeyd edək ki, “Kartalspor” ötən mövsüm Türkiyənin 1-ci dəstəsində mübarizə aparsa da, 16-cı pilləni tutaraq 2-ci liqaya yuvarlanıb. Ancaq İstanbul klubu yenidən 1-ci dəstədə mübarizə aparmaq üçün Türkiyə Futbol Federasiyasına müraciət edib.
Bu komanda ilə qarşılaşma təmsilçimizin böyük hesablı qələbəsiylə başa çatıb. Rəqibini 13 cavabsız qolla yenən "bankirlər"in heyətində Ramil Mansurov 4, Mirsahib Abbasov isə 3 dəfə fərqləniblər. 2 qola Baçana Sxadadze və Daniel Genov imza atıblar. Digər topları isə rəqibin qapısına Aleksandr İaşvili və Samir Zərgərov keçiriblər.
Yoxlama oyunu
10 iyun
İnter – Kartalspor - 13:0
