10 iyun 2013 14:57
Ruslan Abışov üçün üç sınaq matçı
Avstriyaya təlim-məşq toplanışına yollanan Kazanın “Rubin” komandası burda yoxlama matçlarında da qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, artıq Rusiya klubunun üç rəqibindən ikisinin kimliyi bəllidi.
Millimizin üzvü Ruslan Abışovun da çıxış etdiyi Kazan təmsilçisi iyunun 18-də Slovakiyanın “Spartak”, iyunun 22-də Rumıniya çempionu “Steaua” ilə qarşılaşacaq.
İyunun 14-də keçiriləcək daha bir matçda isə “Rubin”in görüşəcəyi komandanın adı hələ bəlli deyil.
Qeyd edək ki, “Rubin”in hazırlıq prosesi bu gün start götürür və iyunun 23-dək davam edəcək.
