10 iyun 2013 15:15
Bakı yığmamızın oyunçusu ilə müqavilə imzaladı
"Bakı"nın yarımmüdafiəçisi Elvin Məmmədov yeni mövsümdə də bu komandada qalacaq. Azerisport.az saytına bu barədə paytaxt klubundan məlumat verilib.
Elvin Məmmədov “zolaqlılar”la yeni bir illik müqavilə imzalayıb. Amma tərəflər “1+1” sistemiylə anlaşdığı üçün, yarımmüdafiəçi sonrakı mövsümdə də “Bakı”da qala bilər.
Qeyd edək ki, Elvin Məmmədov 2011-ci ildən "Bakı"nın şərəfini qoyurur.
