10 iyun 2013 16:34
Sumqayıtdan daha bir transfer açıqlaması
"Sumqayıt" Futbol Klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, bu komanda Vurğun Hüseynov və Vüqar Əsgərovun ardından A milli komandamızın qapıçısı Anar Nəzirovu da heyətinə qatıb.
28 yaşlı qolkiper klubla birillik müqavilə imzalayıb. Artıq məlumatı klubun rəsmi saytı da təsdiqləyib.
Karyerası ərzində "Kəpəz", "Neftçi", "Turan" və "Standard"ın şərəfini qorumuş Anar "Qəbələ"nin heyətində Premyer Liqada 20 qarşılaşmada meydana çıxıb. O, həmçinin 2 dəfə Azərbaycan A millisinin formasını geyinib.
