10 iyun 2013 17:17
Qarabağ legionerlərsiz və milli üzvləri olmadan hazırlaşır
“Qarabağ” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, 2013/14 mövsümünə Bakıda başlayan komanda daha 3 gün paytaxtda çalışmalarını sürdürəcək.
Ağdam klubu tam heyətlə hazırlıq keçə bilmir. Belə ki, komandanın legionerləri birbaşa komandanın Türkiyədə keçəcəyi təlim-məşq toplanışına yollanacaq. Eləcə də millidən qayıdan futbolçular həmin gün komandayla birgə qardaş ölkəyə yollanacaq.
“Qarabağ” iyunun 13-də səhər Bakı-Ankara reysiylə Türkiyəyə hərəkət edəcək. Komanda daha öncə xəbər verdiyimiz kimi, Qızılcahamamdakı “Patalya” otelində məskunlaşacaq. (klub saytı)
