11 iyun 2013 18:19
Əsgər Abdullayev Araza təcrübəli futbolçuları yığır
Yeni yaradılmış Naxçıvanın “Araz” komandası heyətini formalaşdırmaqda davam edir. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi təyin olunan Əsgər Abdullayev hazırda bir sıra futbolçuları yanına aparmaq üçün danışıqlar aparır.
Futbol üzrə Azərbaycan yığmasının, eləcə də AZAL və “Turan”ın sabiq çalışdırıcısı vaxtilə rəhbərliyi altında oynamış təcrübəli oyunçularla işləməkdə maraqlıdı. Belə ki, Abdullayev Emin İmaməliyev, Zaur Həşimov, Aftandil Hacıyev və daha bir neçə futbolçu ilə danışıqlar aparır,
Qeyd edək ki, növbəti mövsümdən Birinci Divizionda mübarizə aparacaq komandanın heyəti tamamilə yerli futbolçulardan təşkil olunacaq.
