11 iyun 2013 11:33
Xəzər Lənkəranın sabiq baş məşqçisi Rumıniya klubunda
“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednik özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, növbəti bir il ərzində vətənində çalışacaq.
Belə ki, rumın çalışdırıcı “CFR Cluj” rəhbərliyi ilə bir neçə gün davam edən danışıqların sonunda razılığa gələrək iyun ayının 10-da klubun inzibati binasında 1+1-illik müqaviləyə imza atıb.
Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Klunun sahibi Arpad Paszkanu bu xəbəri təsdiq edib.
Qeyd edək ki, bu komanda son mövsümdə 9-cu olsa da, ondan öncə çempion olmuşdu.
