11 iyun 2013 11:54
Yunis Hüseynov: Millimiz bu oyun və futbolçularla nəinki AÇ-yə, hətta DÇ-yə də vəsiqə qazana bilər
“Karvan” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynovun azerisport.az saytına müsahibəsi
- Azərbaycan yığmasının Lüksemburqla heç-heçə etdiyi son oyun barədə nə deyə bilərsiz?
- Rəqib Lüksemburq olsa da, yığmamız yenə öz oyununu göstərə bilmədi. İlk 45 dəqiqədə normal oynadılar. Amma etiraf etmək lazımdı ki, rəqib də yaxşı təsir bağışladı. Millimiz rəqibin özünü evdəki kimi hiss etməsinə imkan verirdi. Hücum xəttimiz yox idi, qapıya dəqiq zərbələr görmək olmurdu. Statistika ilə maraqlanmasam da, mənə elə gəlir ki, qonaqların təhlükəli vəziyyətlərinin sayı daha çox oldu. Artıq bundan sonra biz Azərbaycanın Lüksemburqu məğlub etməyə borclu olduğunu deyə bilmərik. Bu heç-heçə bir daha göstərdi ki, millimiz Lüksemburqla eyni səviyyəli komandadı.

- Həmişə belə olmayıb ki?
- 2000-ci ilə qədər yığmamız təkcə Lüksemburqdan yox, xeyli komandalardan güclü idi. Avropanın güclü komandalarına qarşı bərabər mübarizə aparırdıq. Özü də həmin dövrdəki şərait indiki ilə müqayisə olunmayacaq səviyyədə idi. O zaman yığma lüks otellərdə qalmırdı, səfər oyunlarına çarter reysiylə uçmurdu. Amma biz Lüksemburq kimi komandalara qarşı oynaya, onlara qalib gələ bilirdik. İndi Lüksemburqu da məğlub edə bilmiriksə, onda yığmamız kimə qalib gəlməyi planlaşdırır? Belə çıxır ki, artıq bizim məğlub edə biləcəyimiz rəqib qalmayıb. Lüksemburq Bakıdakı heç-heçəyə görə heç sevinmirdi. Bunu görmək çox üzücü idi.

- Görünür, onlar Bakıdan qələbə ilə dönmək istəyirmişlər...
- Hər halda buna çox yaxın idilər. Matçın son saniyələrində 100 faizlik qol şansları da oldu. Həmin epizodda qol olsaydı, necə olacaqdı? Şəxsən mən futbolçuları və məşqçiləri tənqid etmək istəmirəm. Amma biz düzünü danışmalıyıq, olanı deməliyik. Sadəcə, dediklərimizə fikir verən yoxdu.

- Çoxları belə hesab edir ki, Berti Foqts artıq getməlidi...
- Buna onu gətirənlər qərar verməlidilər. Amma mən Foqtsun 2018-ci ilə qədər qalmasını istərdim. Bilirsiz niyə? Çünki o, millini AÇ-2016-ya çıxarmağa söz verib. Əminəm ki, o, dediyini edəcək. Çünki belə oyunla, bu cür futbolçularla yığmamız nəinki AÇ-yə, hətta DÇ-2018-ə vəsiqə qazana bilər! Buna görə Foqtsa vaxt vermək lazımdı ki, verdiyi sözə necə əməl edəcəyini görək.
- Amma demək olar ki, hər ev oyununda bütün azarkeşlər onu istefaya səsləyirlər...
- Adətən, uğursuzluq olanda məşqçinin istefası tələb olunur. Mən də klubda çalışmışam və bəzi azarkeşlər getməyimi istəyiblər. Azarkeş hər oyunda komandasından qələbə gözləyir. Onlara hörmətlə yanaşmaq lazımdı. Əlbəttə, bir neçə azarkeşin istəyi ilə məşqçini qovmaq olmaz. Amma bu qədər azarkeşin istefa tələb etməsi başqa məsələdi. Belə çıxır ki, futbolçular ancaq özləri üçün oynayırlar. Komanda oyunu yoxdu.
- Sizcə, indiki məqamda yığmamızı kim çalışdıra bilər?
- Heç kim öncədən deyə bilməz ki, Foqts getsə, bütün problemlər həllini tapacaq. Yeni baş məşqçi də heç nə gətirməyəcək. Çünki yığma komandada hər şeyi birdən dəyişməyə qadir məşqçi yoxdu. Bizim yığmada isə ümumiyyətlə inkişaf yoxdu. Foqts neçə ildi Azərbaycanda işləyir?

- Beş ildən çoxdu...
- Hələ indiyədək yığmamızda heç bir mütəxəssisə bu qədər vaxt verilməyib. Bəs komandada nə dəyişib? Əgər nəsə dəyişibsə, qoy desinlər, mən onların qarşısında üzr istəməyə hazıram. Amma beş il ərzində çox iş görmək olardı. Heç Foqtsun getməsi ilə də heç nə dəyişməyəcək. Lakin ən azından normal futbol nümayiş etdirmək olardı.
- Sizcə, millini əcnəbi, yoxsa yerli mütəxəssis çalışdırmalıdı?
- Buna mən qərar vermirəm. Əsas odu ki, baş məşqçi komandaya düzgün yanaşma yollarını tapa bilsin.