11 iyun 2013 12:11
Berti Foqts Polşa millisinin sükanı arxasına keçə bilər
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Polşa seçməsini çalışdıra bilər. Azerisport.az xəbər verir ki, bu barədə sözügedən ölkənin idman mətbuatı məlumat yayıb.
Polşa yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində uğursuz çıxış etməkdədi. Bu üzdən də baş məşqçi Valdemar Fornalikin istefaya göndəriləcəyi bildirilir.
Onu əvəzləyəcək namizədlər arasında isə məhz millimizin almaniyalı çalışdırıcısının da adı hallanır. Namizədlər arasında Dik Advokaat, Marko Van Basten, Kristof Daum, Jerar Ulye, Lars Laqerbak, Bert van Marveyk, Frank Raykaard, Huub Stevens və Pavel Vrba kimi mütəxəssislər də var.
