12 iyun 2013 00:36
Cihan Özkara yeni mövsümə necə hazırlaşacaq?
Futbol üzrə Azərbaycan millisinin üzvü Cihan Özkaranın çıxış etdiyi Türkiyənin “Sivasspor” klubunun hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, Super Liqa klubu iyulun 4-də toplaşacaq.
Həmin gün klub bazasında bir araya gələcək futbolçular hazırlıqlara başlayacaq. “Sivasspor” iyulun 4-dən 13-dək bazasında hazırlıq keçəcək.
Daha sonra futbolçulara iki günlük istirahət veriləcək. Roberto Karlosun başçılıq etdiyi komanda iyulun 15-də toplaşacaq və avqustun 2-dək Hollandiyada təlim-məşq toplanışında olacaq. Bu müddətdə 4 yoxlama oyunu keçiriləcək.
