11 iyun 2013 12:52
AFFA-dan iki futbolçuya 10 oyunluq cəza, bir kluba texniki məğlubiyyət
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.
8 iyun 2013-cü il tarixdə U-15 Liqanın “Qəbələ” – “Neftçi” matçının 67-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Emil Fərzəliyev idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
4 iyun 2013-cü il tarixdə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Binə Bələdiyyəsi” – “Qızılağac” matçının 44-cü dəqiqəsində “Binə Bələdiyyəsi”nin futbolçusu Emin Mollayev idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyun 90-cı dəqiqəsində “Qızılağac”ın futbolçusu Vüqar Eyvazlı hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
5 iyun 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Suqovuşan” – “Viləş” matçının 41-ci dəqiqəsində “Viləş”in futbolçusu Ruhin Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb. Oyunun 90+3-cü dəqiqəsində “Suqovuşan”ın futbolçusu Fərid Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
6 iyun 2013-cü il Həvəskarlar Liqasının “16 UGİM” – “Quba OK” matçının 80-ci dəqiqəsində “Quba OK” klubu meydançanı tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
26 may 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qəbələ” – “Kümrük” matçının 89-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Fərid Məmmədli hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
1 iyun 2013-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Olimp” – “Çevik” matçının 25-ci dəqiqəsində “Olimp”in futbolçuları Tərlan Məmmədovla Cahangir Məmmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 10 oyunluq cəzalanıb.
