11 iyun 2013 13:38

Cavadov: Lüksemburqla heç-heçəni normal qəbul etmək lazımdı

Futbol üzrə Azərbaycan yığmasının və “İnter”in hücumçusu Vaqif Cavadovun atası, keçmiş futbolçu Fizuli Cavadovun azerisport.az saytına müsahibəsi
 
- Vaqif Cavadova mətbuatla ünsiyyət qurmağa qadağa qoymağınız düzdü?
- Yığmanın oyunundan öncə biz “İnter”lə danışıqlar apardıq. Ona görə də Vaqifə mətbuata danışmağı qadağan etmişdim. İstəyirdim ki, bütün diqqəti Lüksemburqla oyuna yönəlsin. Amma artıq heç bir qadağa yoxdu.
 
- Maraqlıdı, niyə məhz “İnter”i seçdiniz?
- Çünki bu komanda paytaxtı təmsil edir. Bakıdan uzağa getmək istəmirik. Amma “Xəzər Lənkəran”la “Qəbələ”dən də təkliflər var idi.
 
- Hollandiyanın “Twente” və Rusiyanın “Volqa” klubundakı uğursuz təcrübə də bu seçiminizə təsir etdi?
- Ola bilər ki, Vaqif “Twente”ni tərk etməməliydi. O, bu addımı Azərbaycan futbolu naminə etdi. Stiv Maklaren Vaqifi komandasında görməyi çox istəyirdi. Mən də düşünürdüm ki, bu, bir çox azərbaycanlı futbolçunun Avropaya yolunu açacaq. Amma təəssüf ki, Vaqif orda zədə aldı və Hollandiya çempionatında oynaya bilmədi. Ancaq yenə də hər şeydə bir xeyir axtarmaq lazımdı.

- Bəlkə Vaqifə heç o vaxt Rusiyanı tərk etmək lazım deyildi?
- Vaqif Rusiyanın yeniyetmələrdən ibarət yığması ilə Avropa Çempionatında çox uğurlu çıxış etmişdi. Amma mən həmişə demişəm ki, bizim ailəmiz vətənə çox bağlıdı. 2006-cı ildə Şahin Diniyev və Şakir Qəribovla görüşdüm. Onlar oğlumu yığmada görmək istədiklərini bildirdilər. ELə yekun qərarımızı da onda verdik. Biz pul barədə heç vaxt düşünməmişik. Hətta Vaqif ikinci dəfə “Qarabağ”a qayıdanda da. Həmişə ilk növbədə onun oyununu əsas tutmuşuq.
 
- Vaqifin “Qarabağ”a dönüşü niyə uğursuz alındı?
- Mən hər şeyə əsas səbəb kimi zədə amilini görürəm. O, zədədən sonra demək olar ki, özünə bənzəmir. Futbolçunun oyunu məşqçidən asılıdı. Əgər məşqçi şans vermirsə, oyunçuda heç nə alına bilməz. İnanıram ki, “İnter”də daha çox və daha yaxşı oynayacaq.
 
- Oğlunuz son dövrlər azarkeşlər tərəfindən çox tənqid olunur...
- Tənqidləri başa düşürəm. Əgər futbolçu zəif çıxış edirsə, tənqid olunmalıdı. Amma bu təhqir həddinə çatmamalıdı. Həm də ki guya hər şeydə Vaqif günahkardı? Yığmanın uğursuzluqlarına görə təkcə onu ittiham edənlərlə razı deyiləm.
 
- Onun Lüksemburqa qarşı oyununu necə qiymətləndirərdiniz?
- Birinci hissədə pis təsir bağışlamadı. İkinci hissədə mövqeyini dəyişdi. Komandanın taktikası da dəyişmişdi. Ümumiyyətlə, mənə elə gəlir ki, Lüksemburqla heç-heçəni normal qəbul etmək lazımdı. Çünki onlar da yerlərində dayanmayıblar, inkişaf edirlər. İkinci hissədə rəqib komanda daha yaxşı çıxış etdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.