11 iyun 2013 13:51
Yığmamızın rəqibindən qələbə
DÇ-2014-ün seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Portuqaliya yığması yoldaşlıq görüşü keçirib. Azerisport.az xəbər verir ki, Paulo Bentonun yetirmələri Xorvatiya ilə qarşılaşıblar.
İsveçrədə baş tutan oyun Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu görüşün 36-cı dəqiqəsində Kriştiano Ronaldo vurub.
Qeyd edək ki, Portuqaliya millisi yığmamızın yer aldığı F qrupuna 14 xalla başçılıq edir.
