12 iyun 2013 01:34
İtaliya qələbəni əldən verdi, Hollandiya qazandı
Dünyanın yaşıl meydanlarında milli komandaların yoxlama matçları keçirilməkdə davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə daha bir neçə belə görüş baş tutub.
Çinlə qarşılaşan Hollandiya 2 cavabsız qolla qələbə qazanıb. İtaliya Haiti ilə görüşdə qələbəni əldən verib.
Estoniya Qırğızıstanla heç-heçəyə razılaşıbsa, bir müddət öncə yığmamızla sülh bağlayan Qətər Koreya ilə bacarmayıb.
Norveç isə Makedoniya üzərində qələbəyə sevinib.
Yoldaşlıq oyunları
11 iyun
Çin – Hollandiya – 0:2
Qətər – Koreya – 0:0
Estoniya – Qırğızıstan – 1:1
Norveç – Makedoniya – 2:0
İtaliya – Haiti – 2:2
