11 iyun 2013 16:07

AFFA Foqtsa əvəzləyici axtarmağa avqust ayından başlayacaq

Futbol üzrə Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsinə yeni baş məşqçiylə başlaya bilər. Azerisport.az xəbər verir ki, AFFA DÇ-2014-ün seçmə mərhələsi başa çatan kimi, almaniyalı mütəxəssislə yolları ayırmağa hazırlaşır. Futbol qurumu 2008-ci ilin aprel ayından millimizi çalışdıran Foqtsa əvəzləyici axtarmağa avqust ayından başlayacaq.
 
Qeyd edək ki, Foqtsun rəhbərliyi altında Azərbaycan yığması artıq üçüncü seçmə tsiklini keçirir. Onlardan birinci DÇ-2010-un seçmə mərhələsi çərçivəsində baş tutdu ki, yığmamız 5 xal toplaya bildi və yalnız Lixtenşteyni qabaqladı. AÇ-2012-nin seçmə mərhələsində isə komandamız Qazaxıstan yığmasını qabaqlamaqla yanaşı rekord sayda – 7 xal toplamış oldu.

Bu seçmə mərhələdə isə komandamız hələlik yalnız güclü rəqiblərinə - Rusiya və Portuqaliyaya uduzsa da, nisbətən zəif komandalara da qalib gələ bilmədi və azarkeşlər az qala hər oyunda Foqtsun istefasını tələb etdilər. Yığmamız İsraillə evdə, Şimali İrlandiya ilə səfərdə heç-heçə etdi ki, bunu əslində normal nəticə saymaq olardı. Baxmayaraq ki, hər iki görüşdə komandamız qələbəyə çox yaxın idi. Amma Lüksemburqla həm səfər, həm də ev oyunundakı heç-heçələr Foqtslu milliyə qarşı narazılıqları daha da artırdı. Axı hələ seçmə mərhələnin startı ərəfəsində biz məhz “cırtdan ölkə” təmsilçisinə 6 xal mənbəyi kimi baxırdıq.
 
Tam təsdiqlənməsə də, əldə etdiyimiz son məlumatlara görə, AFFA artıq bu uğursuzluqların fonunda yığmada dəyişikliklər etməyə qərar verib. Yəqin ki, artıq futbol başbilənlərimiz də Foqtslu yığmada ciddi irəliləyiş olmadığını başa düşüblər və onunla yola davam etməyin mənasız olduğunu anlayırlar. Hər halda almaniyalı mütəxəssis geridə qalan beş ildə bütün bacarığını ortaya qoydu və bundanartığına nail olacağı inandırıcı görünmür. Nəzərə almaq lazımdı ki, bir məşqçinin özünü sübut etməsi üçün beş il kifayət qədər normal vaxtdı və Foqts artıq limiti keçmək üzrədi.
 
Foqtsun əvəzləyəcisini axtarmağa avqust ayından başlanılması isə AFFA-nın hadisələri qabaqlamaq istəməməsi ilə əlaqədardı. Böyük ehtimalla yeni baş məşqçi də əcnəbi olacaq. Amma hələlik namizədlərin kimliyi tam dəqiqləşməyib və bu barədə heç bir məlumat yoxdu.
 
Sonda onu da bildirək ki, AFFA-dan bu informasiyaya heç bir münasibət bildirmək istəmədilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.