11 iyun 2013 17:47
“Lippert də Foqts kimi ümidləri doğrultmur”
“Karvan” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov Azərbaycan Birinci Divizionunda yaşı 21-dək olan futbolçularla bağlı qoyulan limitə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunun futbolumuza heç bir fayda gətirməyəcəyini iddia edib:
“Bildiyimə görə, bu, gənclərdən ibarət yığmamızın baş məşqçisi Bernard Lippertin ideyasıdı. Amma onu başa düşə bilmirəm ki, hansısa futbolçunun 22 və ya bir qədər artıq yaşı varsa, onlar nə etməlidilər? Bu, yerli futbolçulara böyük zərbədi. Ümumiyyətlə hesab edirəm ki, Lippert də əsas yığmanın baş məşqçisi Berti Foqts kimi ümidləri doğrultmur. Axı onlar futbolumuz üçün nə ediblər”?