12 iyun 2013 18:17
Elnur Allahverdiyev: Milli üzvlərinə veriləcək mükafatdan imtina etməyə hazıram
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirilmiş ev oyunundan danışıb. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə bağlı öncə bunları dilə gətirib:
“Azarkeşlər bizdən nəticə tələb etməkdə haqladılar. Amma biz də buna çalışırıq, qələbə qazanmağı çox istəyirik. İndiki vəziyyət həqiqətən çox pisdi. Mən Azərbaycan futbolsevərlərinin reaksiyasını başa düşürəm. Çox istərdim ki, onlar bizə inanmaqda davam etsinlər”.
“Azarkeşlər bizdən nəticə tələb etməkdə haqladılar. Amma biz də buna çalışırıq, qələbə qazanmağı çox istəyirik. İndiki vəziyyət həqiqətən çox pisdi. Mən Azərbaycan futbolsevərlərinin reaksiyasını başa düşürəm. Çox istərdim ki, onlar bizə inanmaqda davam etsinlər”.
“Xəzər Lənkəran”ın cinah müdafiəçisi Ruslan Abışovun hesabı açdığı zaman yığma üzvlərinin sevincinin normal olduğunu bildirib: “Qol zamanı mən həmişə bunu coşqulu şəkildə qeyd edirəm. Bir dəfə hətta göz yaşlarımı saxlaya bilməmişdim. Bütün komanda bu oyunda qələbə qazanmağı çox istəyirdi. Qolu vurandan sonra bu cür sevinməyimiz də normal idi. Amma qələbəni əldən verməyimiz sevincimizin üstündən xətt çəkdi”.
Allahverdiyev yığma üzvlərinin bu nəticədən sonra mətbuatdan qaçmasını düzgün hesab etmir və hər kəsin ictimaiyyətə açıq olmasını təklif edir: “Məncə, hər bir futbolçu öz oyununa görə cavab verməlidi. Əgər mən pis oynamışamsa, buna görə azarkeşlər və jurnalistlər qarşısında hesabat verməliyəm. Digər oyunçular barədə heç nə deyə bilmərəm. Ola bilər ki, indi istirahətdədilər, telefonlarını söndürüblər. Mən Bakıda istirahət edirəm. Ona görə mənə zəng çatır”.
Elnur yığma üzvlərinin hər oyuna görə aldığı mükafatdan da danışıb: “Yığmada çıxış edərkən pul barəsində heç vaxt düşünməmişəm. Mənim üçün yığmanın formasını geyinmək şərəfdi, bu, hər şey deməkdi. Millinin formasında meydana çıxmaqla yalnız öz vətənimi layiqli təmsil etməyi düşünürəm. Qalan şeylər məni qətiyyən maraqlandırmır. Məncə, millidə çıxış edən futbolçunu pulla stimullaşdırmağa ehtiyac da yoxdu. Həmişə belə olub, bundan sonra da belə olacaq. Veriləcək mükafatdan da imtina etməyə hazıram”.
