12 iyun 2013 18:27
Yığmamız Avstriyaya təlim-məşq toplanışına yollanır
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avstriyada təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, U-19 iyunun 21-dən 23-dək Bakıda, iyunun 23-dən iyulun 1-dək Avstriyada hazırlıq keçəcək.
Toplanışa dəvət olunacaq futbolçuların siyahısı hələlik bəlli deyil.
