13 iyun 2013 00:03
Millimizin forvardı Türkiyə klubuna keçir
Qurban Qurbanovun “Qarabağ”da saxlamaq istəmədiyi Branimir Subaşiç özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü karyerasını böyük ehtimalla Türkiyədə davam etdirəcək.
Subaşiç PTT 1-ci liqada çıxış edən “Orduspor”la anlaşıb. Onun Ordu təmsilçisi ilə 1 illik müqavilə imzalayacağı deyilir.
2012/13 mövsümünün ilk yarısını “Xəzər Lənkəran”da (16 oyun, 3 qol), ikinci yarısını “Qarabağ”da (7 oyun) keçirən Subaşiç ölkəmizdə “Neftçi” və “Qəbələ”nin də formasını geyib. 31 yaşlı serb əsilli futbolçu 2007-ci ildən çağırıldığı millimizdə 40 oyun keçirib və 7 qol vurub.
