12 iyun 2013 11:21
AFFA ilə Manchester United Bakı, Sumqayıt və Lənkəranda istedad axtarışındadı
Azərbaycan Futbol Federasiyaları Assossiasiyasının dəstəyi ilə Bakcell şirkətin tərəfindən Bakıda və Azərbaycanın bir sıra regionlarında (Mingəçevir, Lənkəran və Sumqayıt) seçim turları təşkil olunur. Azerisport.az xəbər verir ki, seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda - “Bakcell Arena”da təşkil olunacaq və “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplanışında iştirak edə biləcəklər.
Seçim turları barədə məlumatı diqqətinizə çatdırırıq:
13 iyun, saat 14:00-dan 18:00-dək - Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda qeydiyyat
14 iyun, saat 09:00 - Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda qeydiyyat və seçim turu
16 iyun, saat 14:00-dan 18:00-dək - Lənkəran Olimpiya Kompleksinin stadionunda qeydiyyat
17 iyun, saat 09:00 - Lənkəran Olimpiya Kompleksinin stadionunda qeydiyyat və seçim turu
18 iyun, saat 14:00-dan 18:00-dək - Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1-ci binanın qarşısında AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançada qeydiyyat
19 iyun, saat 09:00 - Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1-ci binanın qarşısında AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançada qeydiyyat və seçim turu
20 iyun, saat 14:00-dan 18:00-dək - Bayıl stadionunda qeydiyyat
21-22 iyun, saat 09:00 - Bayıl stadionunda qeydiyyat və seçim turu
