12 iyun 2013 12:17
Xəzər Lənkəranın futbolçusu Norveçə qarşı oynadı
Futbol üzrə Makedoniya yığması növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, makedoniyalılar Norveçlə qarşılaşıblar.
Matç Norveçin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Makedoniya millisinin baş məşqçisi Çedomir Yanevski “Xəzər Lənkəran”ın yeni transferi Nikola Qliqorova start heyətində şans verib. Onu 46-cı dəqiqədə Ostoya Stepanoviç əvəzləyib.
