12 iyun 2013 12:44

Kazbek Tuayev: Foqtsun millimizdə götürdüyü kursu bəyənirəm

Veteran futbolçu və məşqçi, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
 
- Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirdi. Amma Bakıdakı görüşdə Lüksemburqa qalib gələ bilmədi. Bunu necə qarşıladınız?
- Öncə mətbuatla bağlı fikrimi bildirmək istəyirəm. Jurnalistlər bu oyundan sonra elə səs-küy qaldırdılar, şou yaratdılar ki, sanki yığmamız bu rəqibini məğlub etməyə borclu idi. Sual verərlər ki, biz bu komandanı nəyin sayəsində məğlub etməliydik? Yəni biz onlardan bu dərəcədə güclüydük? Yoxsa Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsinə vəsiqə qazanmağa çalışır? Mənim fikrimcə, komanda bu görüşdə normal oyun sərgilədi. Oyunun taktikası da düzgün seçilmişdi. Sadəcə, ifaçılar işlərinin öhdəsindən lazımınca gələ bilmədilər. Vaqif Cavadovla Araz Abdullayevdən başqa oynayan yox idi. Vaqif son dövrlərdə ilk dəfə bu qədər xoşuma gəldi. Rəqib qapısına yol tapmaq üçün xeyli şansımız oldu. İnsaf naminə onu da qeyd etmək lazımdı ki, bu görüşdə rəqib komanda da çox yaxşı oynadı. Hadisələrin gedişatını nəzərə alsaq, heç-heçədə faciəvi heç nə yoxdu. Ümumiyyətlə, nəyə görə axı bunu faciəyə çevirməliyik?
 
- Sözlərinizdən belə çıxır ki, hər şey yaxşıdı?
- Hər şey yox. Foqtsun komandada etdiyi dəyişikliklər xoşuma gəlir. O, artıq komandaya lazımsız futbolçuları çağırmır. Nəhayət ki, daha çox yerli futbolçulara üstünlük verməyə başlayıb. Bu, məni sevindirir. Əminəm ki, qalan oyunlarımızda da uğurlu çıxış edəcəyik.

- Bəs hansı oyunçulardan narazı qaldınız?
- Mənim Rasim Ramaldanova daha çox iradım var. Çox pis oynadı. Zonasını sığortalamırdı. Lüksemburqun hücumçuları istədiklərini edirdilər. Yığmada çıxış edən legionerlərə hörmətim çox olsa da, Branimir Subaşiç komandanı məhvə sürüklədi. Ümumiyyətlə artıq onu yığmaya götürmək düz deyil. Belə vacib bir görüşdə onu meydana buraxmaq da yanlış hərəkət idi. Əlbəttə, həmin anda hücumu gücləndirmək lazım idi. Amma yəni Foqtsun başqa alternativi yox idi?

- Siz Foqtsa qarşı kifayət qədər loyal yanaşırsız...
- Çünki onun millimizdə götürdüyü kursu bəyənirəm. Çünki yığmada artıq öz futbolçularımız oynamağa başlayıblar. Amma onun məşqçilik fəaliyyəti barədə tam fərqli fikirlərim var. Məsələn, mənə görə vaxtilə dağıdıcı funksiyanı yerinə yetirmiş bir müdafiəçidən heç vaxt yaxşı məşqçi çıxa bilməz. Bu, mənim fikrimdi.
 
- Son məlumatlara görə, bu seçmə tsikl Foqts üçün yığmamızda sonuncu olacaq...
- Onun Azərbaycan yığmasındakı fəaliyyətini müzakirə etmək istəmirəm. Bu, AFFA rəhbərliyinin səlahiyyətində olan məsələdi. Foqtsu bu vəzifəyə onlar gətiriblər, onlar da yekun qiymət verirlər. Əminəm ki, onlar düzgün qərar çıxaracaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.