13 iyun 2013 01:20

Aqil Məmmədov: Bəslənən ümidləri doğrultmağa çalışacam

“Sumqayıt” Futbol Klubunun yeni baş məşqçisi Aqil Məmmədov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- İlk öncə, sizi “Sumqayıt” FK-nun baş məşqçisi təyin olunduğunuz üçün təbrik edirik...
- Çox sağolun.
 
- Müqavilənin müddəti nə qədər nəzərdə tutulub?
- Bir illik."Sumqayıt” Futbol Klubunun yeni baş məşqçisi Aqil Məmmədov klubun rəsmi saytına müsahibə verib.
 
- Karyeranızı bitirdikdən sonra ilk dəfə baş məşqçi kimi çalışacaqsınız. Bu məsuliyyətli yükün altına girdiyinizə görə çəkinmirsizmi?
- İlk növbədə “Sumqayıt” Futbol Klubunun rəhbərliyinə mənə bu vəzifəni təklif etdiklərinə görə təşəkkür edirəm. Futbolçu karyeram ərzində Azərbaycanın ən güclü məşqçiləri ilə çalışmışam. Karyeramı bitirdikdən sonra isə “Sumqayıt” FK-da əvvəlcə əvəzedici komandada Vaqif Paşayevin köməkçisi, daha sonra əsas komandada Bernhard Raabın rəhbərliyi altında işləmişəm. Həm futbolçu olduğum dönəmdə, həm də son dövrlərdə almaniyalı mütəxəssislə işlədiyim zaman ondan çox şeylər öyrənmişəm. Mənə bəslənən ümidləri doğrultmağa çalışacağam. Çətinlikdən qorxmuram.
 
- Hazırda səninlə çiyin-çiyinə oynayan futbolçulara indi məşqçi kimi göstəriş və tapşırıqlarını verəcəksən. Bunu etmək sənin üçün çətin olmayacaqmı?
- “Sumqayıt” Futbol Klubu bir ailədir. Olduqca mehriban kollektivimiz var. İki mövsüm ərzində bu ailədə bir dəfə də olsun xoşagəlməz hadisə ilə qarşılaşmamışam. Xeyr, çətinlik çəkəcəyimi heç düşünmürəm.
 
- Baş məşqçi olaraq klubda daha hansı işləri görəcəksiniz?
- Bildiyiniz kimi, Sumqayıtda futbolun inkişafı üçün bazanın inşası yekunlaşmaq üzrədir. Sumqayıt İdman Mərkəzinin sayəsində bu şəhərdən böyük futbolçular çıxacaq. Fürsətdən istifadə edib, bu bazanın tikilməsində əməyi keçən hər kəsə təşəkkür edirəm. “Sumqayıt” FK-nun özünün strategiyası var. Biz klub olaraq, daha çox gənclərə üstünlük veririk və milli komandalar üçün futbolçular yetişdiririk. Baş məşqçi təyin olunsam da, əvvəlki kimi uşaq komandalarında seleksiya işlərinə nəzarət edəcəyəm.
 
- Köməkçiləriniz kimlər olacaq?
- Yaxın günlərdə bu haqda məlumat verəcəyik.
 
- Artıq “Sumqayıt” FK üç futbolçu – Anar Nəzirov, Vüqar Əsgərov və Vurğun Hüseynovla müqavilə imzalayıb...
- “Sumqayıt” Futbol Klubunda transferlər texniki heyətin təşəbbüsü ilə icra olunur. Əlbəttə, hər üç futbolçunun transferi zamanı geniş fikir mübadiləsi aparılıb. Hər üç futbolçu komandaya xeyir verəcək. Qeyd edim ki, transferlərimiz bununla bitməyəcək. Yaxın günlərdə həm təcrübəli futbolçuları, həmdə gələcək vəd edən gəncləri heyətə cəlb edəcəyik.
 
- Növbəti mövsüm üçün iş planınız varmı?
- Qərar anidən verildiyi üçün hazırlıq görə bilməmişəm. Amma yaxın günlərdə iş planımı hazırlayacağam. Qaldı ki, komandada qalacaq və kollektivi tərk edəcək futbolçuların məsələsinə, yaxın günlərdə hər şey məlum olacaq.
 
- Sonda “Sumqayıt” FK-nun azarkeşlərinə nə demək istərdiniz...
- Sumqayıt azarkeşləri hər zaman özlərindən sözün əsl mənasında söz etdirməyi bacarıb. Sevincli və ağır günlərimizdə daim yanımızda olan fanatlarımıza təşəkkür edirəm. Bizim komanda olaraq dəstəyə ehtiyacımız böyükdür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.