12 iyun 2013 13:57
Vaqif Cavadov: Bizi pis oyun sərgiləməkdə təqsirləndirmək olmaz
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirilmiş oyundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizim bu oyunda sadəcə bəxtimiz gətirmədi. Bu komandaya qarşı oyunlarımızı müqayisə etsək, iki fərqli matç keçirdiyimizi demək olar. Bakıdakı oyunda matçın taleyini elə ilk hissədə həll edə bilərdik. Əlbəttə, rəqibin də qol epizodları oldu. Xüsusilə də oyunun sonlarında. Etiraf etmək lazımdı ki, Lüksemburq artıq beş il əvvəlki komanda deyil. Heyətlərində Avropa klublarında çıxış edən oyunçular var. Əlbəttə, bununla özümüzə haqq qazandırmıram. Biz qələbə qazanmalıydıq. Amma heç-heçəyə rəğmən, bizi pis oyuna görə təqsirləndirmək olmaz”.