12 iyun 2013 14:19

Alvaro Silva: Azərbaycan çempionatı Sequndadan azca zəifdi

“Xəzər Lənkəran”ın ispaniyalı müdafiəçisi Alvaro Silva ölkəsindən olan jurnalistlərə müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Artıq Azərbaycana alışmısız?
- Bəli, artıq bu ölkəyə alışdığıma görə sevinməyimə dəyər. Azərbaycan çempionatının səviyyəsinə gəlincə, o, Sequndadan (İspaniyanın gücünə görə ikinci divizionu) azca geri qalır. Amma orda səviyyəli legionerlər çıxış edirlər.
 
- Yəni Azərbaycan inkişaf edən ölkədi?
- Bəli. Təkcə ölkə yox, həm də futbolu, çempionatı. Onlar Madrid “Atletico”suna sponsorluq etməyə başlayıblar. Ötən il Avroviziya mahnı müsabiqəsini keçirdilər. Nefti və qazı Azərbaycana çox kömək edir.
 
- Son aylarda Con Toşakın rəhbərliyi altında məşq edirsiz. Futbol əfsanəsi ilə işləmək necədi?
- Bizə xarakterə malik məşqçi lazım idi ki, komandanı öz ətrafında birləşdirə bilsin, intizam yaratsın. Komandamız son dövrlər çoxlu məşqçi dəyişikliklərinə əl atırdı. Toşakla çalışmaq çox xoşdu. O, çox tələbkardı.
 
- Komandanız mövsümü kubokun final oyunundakı məğlubiyyətlə başa vurdu. Mövsümü necə dəyərləndirə bilərsiz?
- Biz çox çalışdıq. Xüsusilə də mövsümün sonunda. Kubokun yarımfinalı çox ağır keçdi. Finalda isə yorğun idik. Rəqibimiz isə ardıcıl üçüncü dəfə çempion olan “Neftçi” idi. İndi isə bizi Avropa Liqasına hazırlıq gözləyir. Almaniyada toplanış keçməyə hazırlaşırıq.
 
- Nə vaxt toplaşacaqsız?
- İyunun 19-da Münhendə bir araya gələcəyik.
 
- Azərbaycanda ispaniyalı futbolçular çoxdu?
- “Xəzər Lənkəran”da mənimlə yanaşı Toni Doblas da çıxış edir. “Bakı” və AZAL-da da həmyerlilərimiz var.
 
- Azərbaycanda yaşayış necədi?
- Orda həyat bizimkindən fərqlənir. Əhalinin 90 faizi müsəlmandı. Amma mən bu ölkəyə tez öyrəşməyi bacardım.

- Dillərini öyrənə bilmisiz?
- Azərbaycan dilində bəzi sözləri bilirəm. Elə rus və türk dillərində də yalnız müəyyən sözləri öyrənə bilmişəm. Çünki Azərbaycanda bu dillərdən geniş istifadə olunur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.