12 iyun 2013 14:52
İnter istirahət edib, Avtriyaya yola düşəcək
Türkiyədəki təlim-məşq toplanışını başa vuran "İnter" artıq Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, dünən gecə saatlarında paytaxtımıza çatan komandaya istirahət üçün iki gün verilib.
Ayın 14-də isə "İnter" UEFA Avropa Liqasına hazırlığın 2-ci mərhələsənə start vermək üçün Avstriyaya yollanacaq və orada təlim-məşq toplanışı keçirəcək.
Qeyd edək ki, Avstriyadakı toplanış çərçivəsində "İnter" 5 yoxlama görüş keçirəcək.
