12 iyun 2013 15:26
Türkiyə klubu Qəbələnin forvardına elçi düşüb
Türkiyənin “Bucaspor” klubu “Qəbələ”yə rəsmi təklif göndərib. Azerisport.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Sait Karafırtınalar məlumat verib.
Baş məşqçi bildirib ki, 2010/11 mövsümündə komandanın formasını geyən Viktor Mendini geri qaytarmaq istəyirlər. 32 yaşlı forvardın transferinə razılıq verən Sait Karafırtınalar “Mendi sürətli oyunçudu. PTT 1-ci liqada bizə fayda verər” deyib.
Qeyd edək ki, Mendi 2010/11 mövsümündə “Bucaspor”da 30 oyun keçirib və 3 qol vurub. 2011-ci ildə “Qəbələ”yə gələn seneqallı forvard 51 oyunda 14 dəfə fərqlənib. Başa çatan mövsümdə o, “Qəbələ”nin formasını 24 oyunda 1518 dəqiqə geyib və 6 dəfə rəqib qapılarına yol tapıb.
