12 iyun 2013 16:05
Bakının baş məşqçi postuna daha bir namizəd! (FOTO)
“Bakı”nı çalışdırmağa daha bir namizədin adı hallanmağa başlayıb. Azerisport.az xəbər verir ki, bu, serbiyalı Milinko Pantiçdi.
Onun klub rəhbərliyi ilə danışıqlar aparmaq yaxın günlərdə Bakıya gəlməsi gözlənilir. Lakin bu danışıqların necə nəticələnəci hələlik bilinmir. Yekun qərarı isə klubun prezidenti Hafiz Məmmədov qəbul edəcək.
Qeyd edək ki, 1966-cı ildə anadan olmuş Pantiç futbolçu karyerası dövründə vinger kimi çıxış edib. O, “Partizan”, “Olimpija” (Lyublyana), “Panionios”, “Atletico” (Madrid), “Le Havre” kimi klublarda top qovub. “Bakı” isə onun məşqçi kimi ilk iş yeri ola bilər.