12 iyun 2013 17:10

Bakının meneceri dünya mediasının diqqət mərkəzində (VİDEO)

“Bakı” futbol klubunun meneceri Vüqar Hüseynzadə “Football manager” interaktiv simualyatorunun yaradıcılarının dəvəti ilə Londonda səfərdə olub. Azerisport.az xəbər verir ki, səfər zamanı Vüqar Hüseynzadə bir neçə nüfuzlu media agentliklərinə müsahibə verib.
 
Onların sırasında ESPN, New York Times və BBC kimi tanınmış media mənbələrini qeyd etmək olar.
 
BBC-nin “Talk Sport” verilişinin efirində səslənən tanınmış “Hawksbee and Jacobs” şousunun qonağı olan menecerimizin iştiraki ilə yayımlanan verilişi FC Baku TV-nin təqdimatında dinləyə bilərsiniz.
 
"Bakı" futbol klubunun gənc meneceri Vüqar Hüseynzadə futbola olan marağından və klubumuzda çalışdığı müddət ərzində gördükləri, inkişafda olan Azərbaycan futbolu haqqında fikirlərini səsləndirib.
 
15 yaşında ikən "Bakı"nın UEFA Çempionlar Liqası təsnifat mərhələsində Litvanın "Ekranas" klubuna qarşı keçirdiyi səfər oyununu izləmək məqsədi ilə Panavejisə yollanan Vüqar burada klub prezidenti Hafiz Məmmədovla baş tutan tanışlığından danışıb. Futbola böyük marağı olduğunu və klubda çalışmaq arzusunu bildirən Vüqar bu təklifinin klub prezidenti tərəfindən maraqla qarşılandığını və təhsilini bitirdikdən sond Bakıya dəvət aldığını söyləyib.
 
Football Manacer interaktiv futbol simulyatorunun köməyi ilə klub menecerliyi sahəsində nəzəri biliklərə sahib olan Vüqar hazırda bacarığını təcrübi olaraq tətbiq edir.
 
Azərbaycanda futbol idarəçiliyinin bir qədər fərqli olduğunu, klub meneceri və baş məşqçi funksiyalarının müxtəlif şəxslər tədəfindən icra olunduğunu bildirir. Football Manacerin qlobal futbol dünyası, futbol idarəçiliyi sahəsində ona misilisiz imkanlar yaratdığını vurğulayan 21 yaşlı menecer  bu biliklərinin gündəlik işlərində ona yardımçı olduğunu söyləyir.
 
Azərbaycanda futbolun sürətlə inkişaf etdiyini qeyd edən Vüqar Hüseynzadə Azərbaycan Premyer Liqasının səviyyəsinin ildən-ilə yüksəldiyini, "Bakı" futbol klubunun bu sahədə lider mövqelərdə olduğunu bildirib. Sabit maliyyə dayaqlarında malik olan  "Bakı" futbol klubunun uşaq futboluna xüsusi diqqət ayırdığını, bu sahədə klubumuzun uğurlar qazandığını diqqətə çatdırıb. "Bakı" futbol klubunun akademiyasının 2011-ci ildə Avropa Klublar Birliyinin (ECA) xüsusi mükafatına layıq görüldüyünü xatırladan gənc menecer istedadlı gənclərin yetişdiyini və bu oyunçuların ölkə futboluna xidmət edəcəyinə əmin olduğunu bildirib.
 
Azərbaycanda Toni Adams, Con Toşak kimi  tanınmış futbol mütəxəssislərinin çalışdığını nümunə gətirən Vüqar bunun Azərbaycan futboluna artan marağın nəticəsi kimi dəyərləndirib.
 
"Bakı" futbol klubunun 2 dəfə ölkə çempionu titulu, 3 dəfə isə Azərbaycan kubokunu qazandığını və klubun həmişə iddialı olduğunu açıqlayan menecer yaxın illərdə klubumuzun daha yüksək səviyyəyə yüksələcəyinə əmin olduğunu bildirib. Klubumuzun beynəlxalq əlaqələrinə toxunan Vüqar gənc futbolçularımızın yetişib-püxtələşməsi baxımından böyük klublarla əməkdaşlığın zəruri olduğunu və klub prezidenti Hafiz Məmmədovun Azərbaycan futbolunun inkişafı naminə gördüyü işlərdən söhbət açıb.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.