12 iyun 2013 17:24
Qarabağ sabah Türkiyəyə yola düşür
“Qarabağ” Azərbaycanı tərk edir. Azerisport.az xəbər verir ki, Avropa Liqasına hazırlaşmaq üçün Türkiyəyə yollanacaq komanda hazırlıqlarının Bakı mərhələsini başa çatdırıb.
Sabah səhər Bakı – Ankara reysiylə yola düşəcək “Qarabağ” axşam Qızılcahamamda məşqə çıxacaq.
Ağdam klubu Avroliqanın püşkünə qədər Türkiyədə məskunlaşacaq. Püşkə əsasən “Qarabağ” ilk oyunu evdə keçirməli olsa, komanda iyunun 28-də Bakıya qayıtmağı planlaşdırır. Əks halda, Qurban Qurbanovun yetirmələri Türkiyədən birbaşa səfər oyununa yollanacaq.
Qeyd edək ki, Avroliqanın ilk turunun oyunları iyulun 4-də və 11-də keçiriləcək.
