12 iyun 2013 18:05
Böyükağa Hacıyev: Təəssüf ki, yığmada inkişaf nəzərə çarpmır
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirdiyi oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yığmamız zəif oynadı. Əlbəttə, biz Lüksemburq kimi komandanı məğlub etməliydik. Berti Foqtsa hələ xeyli öncə də demişdim ki, Araz Abdullayevlə Arif İsayev yığmaya lazımdı. Araz bu oyunda qol ötürməsi ilə fərqləndi. Amma təəssüf ki, yığmada inkişaf nəzərə çarpmır. Hər şey əvvəl necəydisə, elə də qalır. Foqts üçün hər cür şərait yaradılıb, amma nəticəsi yoxdu. Bu komandanın necə AÇ-2016-ya qatılmaq istədiyini bilmirəm”.