13 iyun 2013 11:17
AFFA MY üçün Gəncədə istedadlar tapdı (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Bakcell şirkəti tərəfindən Bakıda və Azərbaycanın bir sıra regionlarında seçim turları təşkil olunur. Azerisport.az xəbər verir ki, seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda - “Bakcell Arena”da təşkil olunacaq və “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplanışında iştirak edə biləcəklər.
Gəncə şəhərində keçirilmiş seçim turundan hazırlanmış fotoreportajı diqqətinizə çatdırırıq:
