13 iyun 2013 11:34
Neftçinin Nikolas Kanalesi saxlamaq cəhdləri alınmır
“Neftçi”nin çilili hücumçusu Nikolas Kanaleslə danışıqları baş tutmayıb. Azerisport.az xəbər verir ki, tərəflər heç cür razılığa gələ bilmirlər.
Qeyd edək ki, Kanales “Neftçi”nin təklif etdiyi məbləğlə razılaşmaq istəməyib. O isə öz növbəsində paytaxt klubundan yarım milyondan çox pul tələb edir. Azərbaycan çempionu bu qədər pulu ona vermək istəmədiyindən Kanalesin meneceri ona başqa klub axtarmağa başlayıb. Əgər o, istədiyi şərtlərlə özünə komanda tapa bilməsə, o zaman “Neftçi”nin şərtlərini qəbul etməli olacaq.
“Neftçi” də öz növbəsində Kanalesə əvəzləyici axtarmağa başlayıb.
