13 iyun 2013 11:54
AZAL-ın futbolçusu Jalgirisdə
AZAL-la yollarını ayıran Andryus Veliçka özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, 34 yaşlı veteran futbolçu Litvanın “Jalgiris” klubuna keçib.
Artıq təcrübəli futbolçu yeni klubu ilə müqavilə də bağlayıb.
Qeyd edək ki, AZAL mövsüm başa çatan kimi Veliçka ilə yolları ayırmağa qərar vermişdi.
