14 iyun 2013 00:28

Neftçi Palermodan oyunçu gətirir

Azərbaycan çempionu “Neftçi” İtaliya A Seriyasından futbolçu transfer edir. Azerisport.az “La Qazzetta Dello Sport”a istinadən xəbər verir ki, “ağ-qaralar” “Palermo”nun pleymeykeri Nikolas Violaya elçi düşüb.
 
Məlumata görə, “Neftçi” Violanın özü və “Palermo” ilə razılığa gəlib. İndi futboçlunun transfer hüququnun yarısına sahib olan “Reggina” ilə də razılıq əldə olunmalıdı.
 
24 yaşlı futbolçunun agenti Paolo Dattola İtaliya mətbuatına açıqlamasında xəbəri təsdiqləyib: “Neftçi” Violaya yanvarda təklif göndərib. Amma həmin vaxt bu məsələnin həlli mümkün deyildi. Çünki yanvarda “Palermo”da radikal dəyişikliklər etməyə gərək yox idi. Ancaq indi hər şey başqa cürdü. Viola tezliklə bu varianta dair qərarını verməlidi. Əlbəttə, təklif cəlbedicidi. “Neftçi” Çempionlar Liqasına vəsiqə qazanıb. Təsnifat mərhələsində “ilişsə”, Avropa Liqasının qrup mərhələsində oynaya bilər”.
 
Qeyd edək ki, bu ilin 12 oktyabrın 24 yaşlı tamam olacaq Nikolas “Reggina”nın yetirməsidi. İtalyan pleymeyker peşəkar karyerasına da bu klubda başlayıb. O, 2008-2012-ci illərdə 70 dəfə “Reggina”nın formasını geyinib və 13 qol vurub. Viola yayda transfer olunduğu “Palermo”nun heyətinldə 6 oyuna çıxaraq 140 dəqiqə oynayıb və 1 sarı vərəqə alıb. “Palermo” 2012/13 mövsümündə İtaliya A seriyasında 18-ci yeri tutaraq, B seriyasına düşüb.
 
Nikolas 2005-ci ildə İtaliyanın U-17 (4 oyun), 2006-2007-də U-18 (3 oyun), 2007-də isə U-19 (5 oyun, 3 qol) yığmalarında çıxış edib.
 
Viola Azərbaycan futbolunun tarixinə düşə bilər. Belə ki, transfer baş tutsa, o. ölkəmizdə oynayan ilk italyan olacaq.
 
Nikolasın 22 yaşlı kiçik qardaşı Alessio Viola da futbolçudu. O, “Reggina”ya məxsus olsa da, bu ilin əvvəlində İtaliyanın “Carpi” klubuna icarəyə verilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.